Ərdoğanla Tramp telefonla DANIŞDI Nələr müzakirə edildi?

18.08.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. 
İki ölkə lideri söhbət zamanı Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edib. 
Bildirilib ki, Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacib olduğunu, danışıqların davam edəcəyinə ümid etdiyini və Türkiyənin sülh səylərinə dəstəyi davam etdirəcəyini vurğulayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью