ƏrdoğanTramp razılaşması: Türkiyə qoşunları UkraynaRusiya təmas xəttində? | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Türkiyə qoşunlarının Ukrayna ilə Rusiya arasında mövcud vəziyyət nəzərə alınmaqla ayırıca xətdə yerləşdirilməsi faktiki olaraq Moskva üçün əlverişli bir variantdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev belaruslu politoloq Aleksandr Fridmanın Ukrayna müharibəsinin sonu ilə bağlı baxışlarına münasibət bildirərkən deyib.
"Belaruslu politoloq dediklərini havadan götürməyib. Müxtəlif mərhələlərdə müzakirə olunan variantlardan biridir.
Bu barədə müəyəyn məlumatlar sızdırılmışdı", deyə Arif Əliyev bildirib.
Ekspert qeyd edib ki, Türkiyə qoşunlarının ərazidə yerləşməsinin nə dərəcədə real olması ilk növbədə Kiyevin mövqeyindən asılıdır: "Görürük ki, Avropa və ABŞ-da bu məsələ ətrafında əvvəlki birlik və əvvəlki inad yoxdur.
Eyni zamanda, avqust-oktyabr aylarında Ukraynada keçirilən sonuncu sorğu da gözlənilməz nəticə verib.
Sorğu göstərir ki, Ukrayna əhalisinin yarıdan çoxu artıq Rusiya ilə sülh müqaviləsinə getməyin tərəfdarıdır və bu zaman müəyyən ərazi itkisinin olacağını dərk edirlər.
Tam oxu
Xəbəri oxu