Ərəb Əmirliklərinin yük gəmisinə hücum olub

22.03.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu (UKMTO) Birləşmiş Ərəb Əmirliklərinin Şarja sahilləri yaxınlığında yük gəmisinə hücum barədə məlumat yayıb.

Qatar News Agency-in məlumatına görə, UKMTO bildirib ki, Şarjanın 15 dəniz mili şimalında baş verən hadisə ilə bağlı bildiriş alıb. Açıqlamaya görə, yük gəmisinin kapitanı gəminin yaxınlığında naməlum mərminin səbəb olduğu partlayış baş verdiyini xəbər verib.

Qurum bütün heyət üzvlərinin təhlükəsiz olduğunu təsdiqləyib, yerli hakimiyyət orqanlarının isə hadisə ilə bağlı araşdırma apardığını bildirib. Eyni zamanda, gəmilərə ehtiyatlı hərəkət etmək və hər hansı şübhəli fəaliyyəti dərhal bildirmək tövsiyə olunub.

Qeyd edilib ki, ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı başladığı zərbələrə cavab olaraq İranın Hörmüz boğazını bağlamasından sonra bu ərazi və onun ətrafında yerləşən gəmilər hücumlara məruz qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью