Ərəb funksioner Salah barədə: “Belə bir hiss var ki, bizdən istifadə edirlər”

14.02.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanında "Liverpul"un hücumçusu Məhəmməd Salahın yaxın vaxtlarda klubu tərk edərək Pro Liqaya üz tutacağına artıq inanmırlar. Sport24.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında adının çəkilməsini istəməyən liqanın baş məsləhətçilərindən biri deyib:  

"Belə bir hiss var ki, bizdən istifadə edirlər. Biz onunla müqavilə bağlamaq istəyirik - bu heç kimə sirr deyil. Ancaq vaxt ötdükcə bizdə elə təəssürat yaranır ki, Salah bu variantı nəzərdən keçirmir. Misirli forvard bu mövsüm əla formadadır və o, beş il əvvəl olduğu kimi yenidən qolları sıralayır".

Qeyd edək ki, misirli forvardın "Liverpul"la müqaviləsinin müddəti bu ilin yayında başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью