Ərəb futbolçudan Ronaldo ilə bağlı ŞOK ETİRAF

02.12.2024

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanının “Əl-Diraiyah” komandasında çıxış edən Vəlid Abdullah Kriştianu Ronaldo ilə bağlı maraqlı etiraflar edib.

News24.az xəbər verir ki, ərəb qolkiper "Ən-Nassr"da çıxış edərkən məşq namaz vaxtlarına düşdüyü halda Ronaldonun məşqçi ilə danışaraq məşqi dayandırdığını bildirib.

“Əgər məşq etsəydik və namaz vaxtı olsaydı, Kriştiano Ronaldo həmin an məşqçi ilə danışar və ondan məşqi dayandırıb namaza getməyimizi xahiş edərdi”, - deyə o əlavə edib.

38 yaşlı qolkiper 2017-2024-cü illərdə "Ən-Nassr"da çıxış edib. Keçən yay müqaviləsi başa çatan Abdullah "Əl-Diraiya"ya pulsuz transferlə imza atıb.

Ağa Dadaşzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью