Ərəb koalisiyası Ər Riyad aeroportuna hücumda husiləri günahlandırıb

11.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına hücumlara görə Yəmən husilərini günahlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü Turki əl-Maliki “X” sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, hücuma qətiyyətlə cavab veriləcək: “Husi silahlıları tərəfindən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının sərnişin terminallarından birində törədilən, sərnişinlər və aeroport işçiləri arasında mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən terror hücumu beynəlxalq humanitar hüquqa əsasən tammiqyaslı müharibə cinayəti kimi qiymətləndirilir”.

Əl-Maliki əlavə edib ki, koalisiyanın Birgə Qüvvələr Komandanlığı bu terror hücumuna beynəlxalq humanitar hüquqa və onun normalarına uyğun olaraq qətiyyətlə cavab verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью