Ərəb Koalisiyası Ər Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

15.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası paytaxt Ər-Riyad istiqamətində atılan iki ballistik raketi havada zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, koalisiya sözçüsünün "X" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir: "Hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyada doğru atılan iki ballistik raketi ələ keçirərək məhv edib".

Hadisədən bir qədər əvvəl Ər-Riyadda hava həyəcanı siqnalının verildiyi barədə məlumatlar yayılmışdı.

Bundan əlavə, koalisiya rəsmisi noyabrın 15-də Səudiyyə Ərəbistanının şərqində daha iki pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью