Ərəb koalisiyasından husilərə çağırış: Müharibə sabah bitə bilər

29.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın dəstəklədiyi husilər BMT-nin sülh planını qəbul edərək danışıqlar masasına əyləşəcəyi təqdirdə Yəməndəki müharibə dərhal dayandırıla bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının sözçüsü Türki əl-Maliki "Reuters" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, diplomatik həll yolu prioritet olaraq qalır və husilər Yəmən hökuməti ilə yol xəritəsi üzrə razılaşsalar, münaqişə "sabah" başa çata bilər. Lakin razılaşma əldə olunana qədər koalisiya hökumət qüvvələrinə havadan dəstək verməyə və husilərin hərbi obyektlərini vurmağa davam edəcək.

Əl-Maliki Ər-Riyadın Yəmənin müvəqqəti paytaxtı Ədən ətrafında "qırmızı xətt" çəkdiyini və şəhərin təxminən 60 km yaxınlığında olan husilərin hücumundan maksimum qorunacağını vurğulayıb. O, Yəmənə əlavə Səudiyyə quru qoşunlarının göndərilməyəcəyini, yerli ordunun yetərli resursa malik olduğunu bildirsə də, qüvvələr arasında müəyyən koordinasiya və taktiki səhvlərin mövcudluğunu etiraf edib.

Koalisiya rəsmisi həmçinin Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə raketlərinin tükənməsi ilə bağlı iddiaları təkzib edərək, ölkənin müdafiə imkanlarının tam təmin olunduğunu, husilərin Səudiyyə obyektlərinə zərbələrinin isə mülki infrastruktura qarşı terror aktı olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью