Icma.az, Axar.az saytına istinadən bildirir.
İsrailin Mərkəzi Seçki Komissiyası “Şin Bet” təhlükəsizlik xidmətinin rəhbərinə xarici qurumların İsraildə seçkilərin nəticələrini dəyişdirməyə yönəlmiş kampaniyanı maliyyələşdirdiyinə dair məlumatları araşdırmağı tapşırıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail mərbuatı məlumat yayıb.
Məlumata görə, İsrailin ərəblər yaşayan ərazilərində seçici fəallığını artırmaq məqsədilə ərəb təşkilatları vasitəsilə xaricdən böyük məbləğdə pullar göndərilib. Pulların əsasən “Müsəlman Qardaşları” hərəkatı tərəfindən İsrailə göndərildiyi bildirilir.
Likud Partiyasının seçki məsələləri üzrə nümayəndəsi Saqi Kayzler seçki vaxtı ərəb sektorunda baş verən qanunsuzluqlarla bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər etdiklərini deyib:
“Seçki günü Mərkəzi Seçki Komissiyasına (MSK) 1183 şikayət göndərmişik. Şikayətlərin 38-i səslərin satın alınması, 25-i polisin qanunsuz müdaxiləsi, 66-sı zorakılıq və hədə-qorxu, 115-i təkrar səsvermə, 408-i seçici məlumatlarının ələ keçirilməsi ilə bağlıdır.
Göndərdiyimiz məlumatlarda hadisələrin təfərrüatı və bu şikayətlərlə əlaqədar ifadə verə biləcək seçki komissiyası üzvlərinin telefon nömrələri yer alır.
Lakin polis və Mərkəzi Seçki Komissiyası bir nəfər də olsun şahid çağırmayıb. Görünür, nəticə əvvəlcədən hazırlanmışdı”.
Qeyd edək ki, İsraildə keçirilən seçkilərin son ana olan nəticələrinə görə, Netanyahu Bloku 53, Ayzenkot Bloku 48, ərəb partiyaları isə 19 mandan əldə edib.