Ərəb ölkələri İsrailə silah tədarükünü məhdudlaşdırmaq istəyir

12.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün səy göstərəcəklər.

“Report” “Al Hadath” telekanalına istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən sammitin bəyanat layihəsində deyilir.

Telekanalın məlumatına görə, sənəddə göstərilir ki, sammit iştirakçıları İsrailə silah ixracını qadağan etməyə çalışacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью