Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanının şərqində yerləşən Zəhran şəhərində dünyanın ən böyük neft şirkətlərindən biri olan “Saudi Aramco”ya aid inzibati binaya ballistik raket zərbəsi endirilib.
Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanı Energetika Nazirliyi və "Reuters" agentliyinin məlumatına görə, oktyabrın 13-ü axşam saatlarında baş verən hücum nəticəsində kompleksin inzibati binasının yuxarı üç mərtəbəsinə ciddi ziyan dəyib və yanğın başlayıb.
Hadisə zamanı insan tələfatı və ya xəsarət alan olmayıb. Neft hasilatı və ixracatında hər hansı dayanmanın baş verdiyi barədə rəsmi açıqlama verilməyib.
Eyni saatlarda Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Yəməndəki Husilər tərəfindən atılan digər ballistik raketləri və PUA-ları zərərsizləşdirib. Ər-Riyad şəhərində raket qalıqlarının yaşayış massivinə düşməsi nəticəsində 4 mülki şəxs yaralanıb, 15 ev zədələnib.
Bu hücumlar Səudiyyə koalisiyasının Sanadakı husi mövqelərinə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.
Bizim.Media