Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaşinqton və Tehranın İranın nüvə proqramı ilə bağlı danışıqları baş tutacaq.
Belə ki, bir neçə ərəb lideri ABŞ Prezidenti Donald Trampı görüşü ləğv etməməyə inandıra bilib.
“Cebheinfo.az” xəbər verir ki, bunu "Axios" mənbələrə istinadən yazıb.
"Onlar bizdən görüş keçirməyimizi və İranın nə dediyini eşitməyimizi istədilər. Ərəb ölkələrinə təkid etsələr, görüşə razı olacağımızı dedik. Amma biz hələ də görüşə şübhə ilə yanaşırıq", - deyə ABŞ-li mənbə bildirib.
"Axios" mənbələrinə görə, ən azı doqquz Yaxın Şərq ölkəsi ABŞ administrasiyasına Trampı Omandakı görüşü ləğv etməməyə çağıran mesajlarını çatdırıb.
Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi görüşün cümə günü Məskatda keçiriləcəyini təsdiqləmişdi.
Daha əvvəl "Axios" mənbələrə istinadən bildirib ki, cümə günü planlaşdırılan ABŞ-İran danışıqları baş tutmaya bilər: “Çünki Vaşinqton məkanı Türkiyədən Omana dəyişdirməkdən imtina edib”.
Məlumatda deyilir ki, ABŞ və İran cümə günü İstanbulda Yaxın Şərq müşahidəçi ölkələrinin iştirakı ilə görüş keçirmək barədə razılığa gəliblər.
Lakin çərşənbə axşamı Tehran Vaşinqtona raket proqramı kimi digər məsələlərdən daha çox nüvə proqramına diqqət yetirmək üçün Omanda ikitərəfli danışıqlar keçirmək istədiyini bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin