Ərəbistanda robotla ürək əməliyyatı həyata keçirilib

23.01.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Ərəbistanda robotla ürək əməliyyatı həyata keçirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında ‘’Kral Faysal Mütəxəssis Xəstəxanası və Araşdırma mərkəzi’’ robot yardımlı texnologiyadan istifadə edərək süni ürək pompası implantasiyasını uğurla həyata keçirdiyini açıqlayıb.

Xəstəxanadan verilən açıqlamada bildirilir ki, əməliyyat 35 yaşında ürək çatışmazlığı, böyrək və ağciyərində ağırlaşmaları olan xəstə üzərində aparılıb. Əməliyyatda ABŞ-ın sağlamlıq texnologiyaları olan "Abbott" şirkəti tərəfindən hazırlanan "HeartMate" 3 süni ürək pompasından istifadə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью