Ərəblər “Arsenal”ın hücumçusu üçün danışıqlara başladı

24.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Arsenal”ın futbolçusu Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Hilal” hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Riyad təmsilçisi Martinelli üçün rəsmi danışıqlara başlayıb.

Braziliyalı futbolçu klubunu dəyişməyə müsbət yanaşır.

Martinelli 2019-cu ildən “Arsenal”ın formasını geyinir. O, “topçular”la 191 oyunda 41 qola imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью