Ərəblər bu ulduza görə hərəkətə keçdi: İllik 100 milyon maaş

26.03.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PSJ-nin ulduz vingeri Usman Dembele bu yay klubu tərk edə bilər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, fransalı futbolçuya Səudiyyə Ərəbistanından böyük maraq var. Bildirilir ki, Dembeləyə inanılmaz şəxsi təklif gəlib. Ona illik 100 milyon avro maaşla müqavilə vəd edilib.

Paris klubunun rəhbərliyi öz liderini saxlamaq üçün hər cür səy göstərir.

Ona hansı klubun təklif göndərdiyi açıqlanmayıb.

Qeyd edək ki, bu mövsüm Dembele ümumilikdə 37 oyun keçirib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью