Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı

16.12.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanın "Əl-Qədsiya" klubu avropalı məşhur məşqçi ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub 52 yaşlı Şimali İrlandiyalı baş məşqçi Brendan Rodcerslə bu gün  1.6 illik müqavilə imzalayıb.

Məlumat üçün qeyd edək ki, əvvəllər "Şvansi Sity", "Liverpul" və "Leicester City" kimi komandaların baş məşqçisi olan Rodcers "Seltik"in sükanı arxasında isə dörd dəfə liqa çempionu titulunu qazanıb.

Onu da bildirək ki, "Əl-Qədsiya" 9 turdan sonra hazırda  17 xalla 5-ci yerdədir. Liqaya "Əl-Nassr" 27 xalla liderlik edir.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью