Ərəblər Liverpul a 85 milyon avro təklif edəcək

29.05.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Liverpul"un futbolçusu Luis Dias karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr" kolumbiyalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı  məlumat yayıb.

Ərəblər Dias üçün "Liverpul"la danışıqlara başlamağa  hazırlaşır. "Əl-Nəsr" 28 yaşlı oyunçu üçün İngiltərə klubuna 85 milyon avro təklif edəcək.

Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью