Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Vinisius Juniora 1 milyard avroluq müqavilə təklif edib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, braziliyalı karyerasını “Real”da davam etdirmək istəyi ilə bağlı son açıqlamalarına baxmayaraq, onun gələcəyi ilə bağlı şayiələr yayılmaqda davam edir.
İspaniya mətbuatı braziliyalıya Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyini iddia edir. Əsas namizəd isə "Əl-Əhli"dir. Ərəblərin ona 1 milyard avroluq müqavilə təklif etməyə hazırlaşdığı bildirilir.
Vinisiusun “Real”la hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna qədərdir.