Ərəblər Salaha sərvət təklif edəcəklər

09.02.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr" misirli vingerin xidmətində maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Ərəblər Salaha həftəlik 1,2 milyon funt-sterlinq maaş təklif etməyi planlaşdırır. Bu isə 33 yaşlı oyunçunun İngiltərə klubunda aldığı məvacibdən 3 dəfə çoxdur.

Qeyd efək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью