Ərəblərdən Osimhenə 45 milyonluq təklif

17.05.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İcarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, nigeriyalı hücumçu Asiya ölkəsindən sərfəli təklif alıb.

Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Osimhenə illik 45 milyon avro maaş təklif edib. 26 yaşlı forvard gələcəyi ilə bağlı qərarını yayda verəcək.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində "Napoli"dən icarəyə götürüb. Nigeriya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 35 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Günün oyunları bu kanallarda “Bayer” Florian Virtzə qiymət qoyub “Fənər” Fransa millisinin üzvü ilə maraqlanır Millimizin üzvü oynadı, komandası 1 xal qazandı Portuqaliyalı vingerin “Yuventus”dakı gələcəyi müəyyənləşdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью