Ərəblərdən Xaviyə təklif var

25.05.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Apasport.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Əl-Əhli”dən rəsmi təklif alıb.

Komandanı hazırda Matias Jaissle çalışdırsa da, klub cari çempionat başa çatdıqdan sonra məşqçini dəyişməyi ciddi şəkildə düşünür. 
2024-cü ilin iyununda “Barselona”dan ayrılan Xavi o vaxtdan bəri işsizdir. Onun rəhbərliyi altında Kataloniya komandası La Liqa və İspaniya superkubokunun qalibi olub.

“Monako” “Barsa”nın futbolçusu ilə maraqlanır Salah ən yaxşı adına layiq görüldü “Qalatasaray”dan Yunanıstan klubuna Fati Fransa yolunda Mövsümün futbolçusu bəlli oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью