Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanı təmsilçisi “Neom”un Barış Alper Yılmaz israrı davam edir.
Apasport.az xəbər verir ki, futbolçunun müqavilə ilə məxsus olduğu “Qalatasaray” 25 yaşlı vinger üçün gələn 20 milyon avroluq ikinci təklifi də rədd edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, “sarı-qırmızılılar” oyunçunun satışından daha yüksək gəlir əldə etmək istəyir. “Neom” Türkiyə millisinin üzvü üçün üçüncü təklifi göndərməyi planlaşdırır.
Qeyd edək ki, “Qalatasaray” Səudiyyə Ərəbistanı klubunun 15 milyon avroluq ilk təklifini də rədd etmişdi.
Aksel Vitsel La Liqada qaldı - RƏSMİ Super Liqada yaxa kamerasından istifadəyə start verilib Mauro İkardi: "Osimhenlə birlikdə çıxış edəcəyimə görə xoşbəxtəm" Falkaonun qol vurduğu toplar satışa çıxarılıb Luiz Enrike: "Donnarummanın ayrılmasını mən istədim"