Ərəblərin elektromobil istehsalı: 500 faiz zərər

08.04.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Elektromobil istehsalı və satışı müəyyən təbəddülatlara rəğmən artan xətt üzrə gedir. Lakin heç də bütün istehsalçılar gəlirlə işləmir. Bəs səbəb nədir?

Avtosfer.az xəbər verir ki, 2024-cü ildə “Tesla”nın rentabelliliyi 7,2 faiz, BYD-nin isə 6,4 faiz olub. Buna səbəb hər 2 istehsalçının mühərrik, kuzov, asqı, proqram təminatı kimi əsas xərc tələb edən hissələri özlərin ijhn istehsal etməsidir. Mənfəətlə işləyən yeganə qeyri-Çin elektromobil istehsalçısı Tesladır. Bundan başqa, rentabellə işləyən sırasında “Li Auto”, “Seres”, “Aito” və “Landian” da yer alır. Onların da iş prinsipi BYD və “Tesla” kimidir. Digər istehsalçılar ya zərərlə işləyir, ya da mənfəətləri minimumdur. 
Ən böyük zərərlə işləyən elektromobil istehsalçısı isə “Lucid” oldu. Səudiyyə Ərəbistanı Kralının fondundan maliyyələşən şirkətin zərəri 2023-cü ildə 500 faiz, 2024-cü ildə 374 faiz olub. Bu səbəbdən şirkətin direktoru Peter Ravlinson vəzifəsi ilə vidalaşmalı oldu. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2000-ci illərin əvvəllərində “Mercedes”ə oxşar avtomobil (Al-Gazal) hazırlamaq fikrinə düşmüşdü. Avtomobilin dizaynı gülüş hədəfi oldu, layihə iflas etdi.
Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью