Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius FOTO

22.01.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ərəb ölkələri hündür bina tikməkdə bir-biri ilə yarışır. 

Avtosfer.az xəbər verir ki, indiyədək ən hündür göydələn dubaydakı Burc Xəlifə hesab olunur. 163 mərtəbəli binanın hündürlüyü 828 metrdir. 
İndi isə səudiyyəlilər daha hündür Ciddə qülləsini (Jeddah Tower) inşa etməyi planlaşdırırlar. Ərəb mənbələrinin məlumatına görə Qırmızı dəniz sahilindəki 1007 metrlik tikili “krallığın yüksək mədəni səviyyəsini” sübut etməlidir.

Binada otel, lüks mənzillər və iş yerləri olacaq. Tikinti işləri 2013-cü ildə başlasa da, sonradan koronavirus pandemiyası və neftin ucuzlaşması səbəbindən dayanmışdı. İndi isə iş tam sürətlə bərpa edilib. Tikintinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. 

Layihənin təşəbbüskarı Yaxın Şərqin ən zəngin adamlarından olan şahzadə əl Valid ibn Talaldır.
Ərəb ölkələri bina tikməkdə bir-bri ilə bəhsə giriblər. Bir neçə il əvvəl Səudiyyə 170 kilometrlik bina tikərək bura 9 milyon nəfəri yerləşdirməyi planlaşdırırdı. Lakin mühəndislər layihəyə mənfi cavab verdilər. 

Ciddə qülləsinin ən yuxarı mərtəbəsindən 140 kilometr radiusda ərazini seyr etmək mümkün olacaq: bir tərəf dəniz, 3 tərəf səhra. Sizcə bu gözəllikdirmi?

Məlumat üçün qeyd edək ki, bu cür tikililər körfəz ölkələrindəki hansısa elmi-texniki tərəqqidən məlumat vermir. Mexanizm belədir: hansısa Qərb şirkəti milyardlarla dollar vəsait alıb layihəni icra edir. Bəzi hallarda isə Qərb dövlətləri bu cür layihələrlə pul qoparmaq üçün ərəb ölkələrinə təzyiq göstərirlər.

Vüqar

Oxunub 20

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью