Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kantenin "Fənərbaxça"ya transferi baş tumayıb.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yaypıb.
Səudiyyə Ərəbistanı klubu sənədlərin rəsmiləşdirilməsini müəyyən edilmiş müddət ərzində başa çatdıra bilməyib.
"Fənərbaxça"dan bildirilib ki, onlar bütün öhdəliklərini vaxtında yerinə yetiriblər və transferin qeydiyyatı üçün sənədləri düzgün şəkildə yükləyiblər. Buna baxmayaraq, əməliyyat digər tərəfin buraxdığı səhvlər səbəbindən tamamlanmayıb.
Klubun rəsmi açıqlamasında vurğulanıb ki, 34 futbolçunun tibbi müayinələri aparılıb. Buna baxmayaraq, “Əl-İttihad” qeydiyyat prosedurunu müəyyən edilmiş vaxtda yekunlaşdırmayıb və buna dair heç bir izahat verməyib.
Qeyd edək ki, Nqolo Kante cari mövsümdə “Əl-İttihad”ın heyətində bütün turnirlərdə26 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi