Ərəblərin transfer planı Vinisius yoxdursa, Rodriqo var

03.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo üçün astronomik təklif göndərib.

Oxu.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, daha əvvəl Vinisius Juniora 300 milyon avro təklif edən "Əl-Hilal" rəsmiləri bu dəfə həmin məbləği Rodriqo üçün ödəməyə hazırdırlar.

24 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo cari mövsüm çıxış etdiyi 29 matçda 12 qol və 7 assistlə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью