Ərəblərin Viktor Osimhenə verəcəyi maaş açıqlandı

07.06.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirən "Napoli"nin hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanına keçməyə yaxındır. Sport24.az insayder Canluka Di Marzioya istinadən xəbər verir ki, nigeriyalı futbolçu "Əl-Hilal"la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

 Forvard Ər-Riyad klubunda ildə 30 milyon avro qazanacaq.

İndi qalıb klublar arasında şərtləri razılaşdırmaq. "Napoli" transferi 75 milyon avro dəyərində qiymətləndirir, "Əl-Hilal" isə hazırda 70 milyon avro təklif edir.

Qeyd edək ki, başa çatan mövsümdə Osimhen "Qalatasaray"ın heyətində 37 oyuna çıxıb, 32 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Napoli" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью