Erenin ölüm səbəbi məlum oldu

16.08.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Evində meyiti tapılan “MasterChef Türkiye 2021” qalibi, məşhur aşpaz Eren Kaşıkçının ölüm səbəbi məlum olmağa başlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Erenin qəfil ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza Şurasının apardığı ilkin müayinələr başa çatıb.

Onunla bağlı ilkin autopsiya hesabatında hər hansı məlum xroniki xəstəliyinin və ya həyatı üçün təhlükə yaradacaq sağlamlıq probleminin olmadığı qeyd edilib.

Məlumata görə, ekspertlərin ilkin rəyində məşhur aşpazın ölümünə ürək tutmasının səbəb olduğu bildirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью