Ərəstun Oruclu prokurorluğa çağırılıb

14.11.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb.
Reyting.az
xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Məlumata görə, Oruclu Ərəstun Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. O, bu il noyabrın 21-də 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью