Erhan Toker: Daha böyük hesabla qalib gələ bilərdik

24.09.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Yaxşı qələbə qazandıq”.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Abşeron Lions” basketbol komandasının baş məşqçisi Erhan Toker Avropa Kubokunun I təsnifat mərhələsində Bakıda Kiprin “Anortosis” klubuna 89:73 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Məşqçi son hissənin onlar üçün yaxşı keçmədiyini bildirib: “Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi şeyləri düzəltmək istəyirik. Bunun üzərində işləyəcəyik. Bəlkə də onlar bizi yaxşı analiz edə bilməyiblər. Hücumda və müdafiədə yaxşı oynadıq. İndiki hədəf Kiprdən də qələbə ilə ayrılmaqdır. Daha sonra gələcək haqqında planlar quracağıq. Gənc oyunçularımızda inkişaf var”.

Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda təşkil olunacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью