Erhan Toker: “Oyunu qazanmağı haqq edirdik”

27.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Oyunla bağlı deyə bilinəcək çox söz var. Oyunçularımı təbrik edirəm”. Çox gözəl mücadilə etdilər”.

İdman.biz xəbər verir ki, bunu kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”yə uduzan (97:93) “Abşeron”un baş məşqçisi Erhan Toker deyib.

Mütəxəssis matçı qazanmağı haqq etdiklərini bildirib: “Görüş televiziya vasitəsilə yayımlanırdı. Mənim artıq danışmağıma ehtiyac yoxdu. Hər kəs baş verənləri gördü. "Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, rəqiblərin növbəti qarşılaşması aprelin 29-da keçiriləcək.
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью