Erhan Toker: Rəqibə qarşılıq verə bilmədik

15.03.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Abşeron" Azərbaycan Basketbol Liqasının XVIII turunda məğlubiyyətlə başa vurub.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Erhan Toker "Sabah"a məğlubiyyətə münasibət bildirib.

Türkiyəli mütəxəssis son çempionunun sərt oyununa cavab verə bilmədiklərini etiraf edib: "Sabah" klubunu təbrik edirəm. Ötən tur biz onları məğlub etmişdik. Buna görə bu dəfə bizə qarşı çox sərt və aqressiv oynadılar. Qarşılıq verə bilmədik. Ona görə də məğlub olduq".

Qeyd edək ki, “Abşeron” “Sabah”a 64:99 hesabı ilə uduzub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью