Erhan Toker: Yaxşı müdafiə oluna bilmədik

04.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Rəqib Calen Şounun yoxluğunda səbət altında çox effektiv oynadı".

İdman.biz xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Tokerin mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XVI turunda NTD-yə 85:98 hesablı məğlubiyyəti şərh edib: "Bəzi anlarda yaxşı çıxış etsək də, amma ümumi olaraq çox yaxşı müdafiə oluna bilmədik. Xüsusilə orta məsafədən rəqib çox xal topladı. Nəticə olaraq mərkəz baketbolçumuzun olmaması təsirini göstərdi. Ömər Yavaş, Vilyam o zonada yetərli qədər yaxşı oynaya bilmədilər. Bundan sonra oyunumuzu təkminləşdirə biləcəyik ya yox bunu zaman göstərəcək".

Qeyd edək ki, "Abşeron" mövsümdə 10-cu dəfə uduzub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью