Erhan Usta: Şuşada böyük dəyişikliyin şahidi oldum

19.06.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şuşa, 19 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Şuşaya ikinci dəfədir səfər edirəm. Ötən səfərdən sonra böyük dəyişikliyin şahidi oldum. Tunellər, yeni yollar, hava limanları inşa edilib. Bütün bunlar iqtisadi inkişafa səbəb olacaq. İnanıram ki, tezliklə burada turizm də inkişaf edəcək.

Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Türkiyədən olan deputat Erhan Usta deyib.

“Mənim üçün çox duyğulu anlardır, buranı çox sevdim. Azərbaycan dövləti çox gözəl, planlı işlər görür. İnşallah, tezliklə bura iqtisadi cəhətdən inkişaf etmiş və insanların daha çox məskunlaşdığı yer olacaq”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью