Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Rəqsanə İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o həyat yoldaşı Fazil bəylə tanışığını yada salıb.
Sənətçi onu ilk gördüyü anı dilə gətirib: "Məni Moskvada məclisə çağırdılar. 5 min dollar qiymət dedim. Toya getdim.
Sən demə, Fazil müəllimin o zaman arvadı ilə boşanma söhbəti gedirmiş. 20 ilə yaxın olacaq ki, ər-arvadıq.
Şənlikdə oxuyan zaman mənə bir oğlan (Fazil bəy) yaxınlaşıb dedi ki, aşağı düşüb ortada oynayın.
Cavab verdim ki, mən kişilərin stoluna getmirəm. O, da dedi ki, kişilərin demirəm, insanların içərisində oynayın.
Düşüb aşağıda oynadım, əllərimi 5 minlik rubllarla doldurdu. Fazil bəyi görən digər biznesmenlər də məni pul yağışına tutdu.