Əri ilə Trampı səhv saldı

14.10.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağ Evin yeni mətbuat katibi Keti Zakariya ilk iş günündə dodaqqaçıran halla üzləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında ona ünvanlanan suala cavab verərkən əri ilə prezident Donald Trampı səhv salıb.

Belə ki, jurnalist Zakariyadan ağır iş fonunda uşaqlarının tərbiyəsi ilə kimin məşğul olacağını soruşub. Mətbuat katibi isə "Prezidentim... Bağışlayın, ərim. O, hazırda haldadır" - deyə, cavab verib. Zakariya öz səhvini gülərək qarşılayıb. Bu, zaldakıların da gülüşünə səbəb olub. Daha sonra o, ailəsinin yaxın günlərdə Kaliforniyadan Vaşinqtona köçəcəyini də bildirib.

Qeyd edək ki, Keti Zakariya kinoprodüser Tayler Zakariya ilə evlidir. Bu izdivacdan cütlüyün 4 övladı var. 

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью