Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... (Video)

03.10.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb.

Milli.Az xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib.

Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqsi özü davam etdirib.

Məclisdə yaşanan bu maraqlı an kameraya düşüb və görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlar izləyicilər arasında maraq doğuraraq müxtəlif reaksiyalarla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью