Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Bu gün gecə saat 05:30 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Xatırladaq ki, Emin Xaləddin oğlu Vəliyev, ailə münaqişəsi zəminində anası, 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməkdə, arvadı, 29.01.1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızını isə həmin bıçaqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinir.