Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

07.10.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda hamilə qadın evdə əri tərəfindən döyülüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra fiziki şiddətə məruz qalıb: Dominos pizza

"Dünən arzuolunan hamiləlik ailə münaqişəsinə qurban getdi. Oğlan qızı döyüb, evdə söz-söhbət... Qadından qan gəlib. Həkimə də aparmayıblar ki, düzələcək. Qızın anası gəlib aparıb klinikaya".

Ginekoloqun sözlərinə görə, o, başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib:

"Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib. Nə qədər çalışsam da, qadını abortdan yayındıra bilmədim".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью