Əri tərəfindən döyülən qadın onu bağışladı MƏHKƏMƏ | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 6-da baş verib.
Cəlilabad rayon sakini, 1988-ci il təvəllüdlü Nadir Məmmədov həmin gün saat 10 radələrində yaşadığı evdə arvadı Zeynəb (ad-soyadlar şərtidir – red.) ilə arasında mübahisə yaranıb.
Onların mübahisənə səbəb isə qadının ərinə adından istifadə etməklə müxtəlif məbləğdə kredit və borca götürdüyü pul, habelə əmlakın ödənişini etməməsi ilə bağlı irad bildirməsi olub.
Həmin səbəbdən aralarında ailə məişət zəminində yaranmış narazılıqla əlaqədar mübahisə baş verib.
Həmin mübahisə əsnasında ər arvadının üzərinə hücum edib, onu əl, yumruq zərbələri ilə vuraraq müxtəlif nahiyyələrinə xəsarətlər yetirib.
Hadisəni törədən N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir: “Barəmdə şikayət edən zərərçəkmiş şəxs arvadımdır.
Tam oxu
Xəbəri oxu