Icma.az bildirir, Demokrat.az portalına istinadən. Bakının Səbail rayonunda 1979-cu il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan m
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 aprel 2024-cü ildə baş verib.
Bəhruz həmin gün səhər saat 05:00-da yaşadıqları evin yataq otağında arvadı Səmayənin ona laqeyd münasibəti səbəbindən əsəbləşib.
O, arvadının ailə münasibətlərinin kəskinləşməsi ilə əlaqədar bu zəmində yaranan mübahisə zamanı ona şillə ilə sifətdən vurub.
Ona alt dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı fonunda əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsrətlər yetirib.
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə yaşayır, taksi sürücüsü işləyir: “Səmayə ilə 2006-cı ildə ailə həyatı qurmuşam, birgə nikahdan bir qız övladımız var.