Əri Xuramana əsəbiləşdi: Məni boşayacaq VİDEO

25.08.2026

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovla bağlı paylaşımı ilə diqqət çəkib.

Hurriyyet.Media  xəbər verir ki, sənətçi rayonların birinə gedərkən avtomobilə çəyirtkə girdiyini bildirib.

Xuraman həmin anları telefonun kamerası ilə lentə alaraq sosial şəbəkə hesabında izləyiciləriylə bölüşüb.

Videoda Elçin Məmmədovun avtomobildə çəyirtkəni axtardığı, Xuraman Şuşalının isə bu vəziyyətə gülərək münasibət bildirdiyi görünür.

“Məni biabır edirsən. Bu boyda kişi çəyirtkədən qorxur. Ərimin başına iş gəlib. Bu boyda yolda maşını saxlamaq kimin ağlına gələr? Məni boşayacaq. Maşını töküb axtarır”, – deyə müğənni bildirib.

Elçin Məmmədov isə həyat yoldaşından görüntüləri sosial şəbəkədə paylaşmamasını istəyib:

“Çək, qoy “YouTube”a. Paylaşma, əsəbiləşirəm. Etmə, məni biabır etmə. Xoşum gəlmir. Qorxmuram, narahat edir”.

Qeyd edək ki, Xuraman Şuşalı və Elçin Məmmədovun dörd övladı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью