Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bavariya"nın futbolçusu Erik Dayerin gələcəyi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunda "Monako"ya keçəcək. Onunla 2+1 illik müqavilə imzalanacaq.
Dayerin Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Dayer ötən ilin iyunundan "Bavariya"nın formasını geyinir. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.