Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Kkamerunlu hücumçu Erik Maksim Çupo-Motinq ilin sonunda "Nyu York Red Bulls"u tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder insayder Florian Plettenberq "X" sosial media hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 37 yaşlı futbolçu komandadan azad agent kimi ayrılacaq. O, karyerasını davam etdirmək niyyətindədir və Bundesliqaya qayıtmaq variantını da nəzərdən keçirir.
Qeyd edək ki, kamerunlu futbolçu cari mövsümdə MLS-də 22, ABŞ Kubokunda isə 1 oyuna çıxıb. Çupo-Motinq forma geymək şansı qazandığı görüşlərdə 5 qol vurub və 1 məhsuldar ötürmə edib. O, karyerası ərzində "Bavariya", PSJ, "Stok Siti", "Şalke", "Hamburq" və "Nürnberq kimi komandalrın şərəfini qoruyub.