Icma.az bildirir, Azertag portalına istinadən. Paris, 6 iyun, AZƏRTAC Azərbaycanın “Lecheq Farm & Distillery” şirkətinin XVIII “SİMPPAR” Bey
Atıq bir neçə ildir ki, “Lecheq” sıralarımıza qoşulub və sərgilərimizdə iştirak edir.
Şirkətin ətriyyat sənayesi üçün çox keyfiyyətli təbii bitki yağları və digər məhsulları var.
Bu fikirləri Fransa Ətriyyatçılar Cəmiyyətinin prezidenti (SFP), “SİMPPAR” Beynəlxalq Ətriyyat Sərgisinin təşkilatçısı Erik Melok Azərbaycan stendini ziyarət edərkən AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, “Lecheq Farm & Distillery” şirkətinin məhsullarının ətri ilə tanışdır, Azərbaycandan gətirilən ətriyyat məhsulları ən yüksək keyfiyyətə malikdir və orqanikdir.
“Qızılgül əsrarəngizdir. Zəngin perspektivli qızılgülün müxtəlif ektraksiyaları ilə tanış oluruq. Ölkədə uzun illərin məhsulları var.
Həqiqətən də Günəşin, torpağın və iqlimin təsiri ilə Azərbaycan qızılgülü hər il daha rəngarəng və zəngin ətir nüanslarına malik olur.
Həmçinin Azərbaycan lavandası da çox keyfiyyətli və zəngindir. Hər il Fransada lavanda müsabiqəsi təşkil olunur.