Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Çexiyanın Nove-Mesto şəhərində keçirilən Biatlon üzrə Dünya Kubokunun altıncı mərhələsində kişilərin kütləvi start yarışında fransalı Erik Perro qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Perro dörd atəş mövqeyində səhvsiz çıxış edərək 15 kilometrlik məsafəni 35 dəqiqə 59,6 saniyəyə qət edib. İkinci yeri bir səhvə yol verən və qalibdən doqquz saniyə geri qalan amerikalı Kempbell Rayt tutub. Norveçli Sverre Dalen Aspenes isə bütün hədəfləri dəqiq vuraraq 16,2 saniyə fərqlə üçüncü olub.
Qeyd edək ki, Olimpiyaöncəsi xarakter daşıyan Nove-Mesto mərhələsi qadınların kütləvi start yarışı ilə yekunlaşacaq.