Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Ərik qurusu çox faydalı müalicəvi məhsuldur.
Qış aylarında insan orqanizmi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir.
Bu halda vitamin və xüsusilə minerallarla zəngin olan ərik qurusu bizə çox yaxşı kömək edə bilər.
Onun tərkibində orqanizm üçün ən vacib A, C, B qrupu vitaminləri, bir çox faydalı minerallar (kalium, kalsium, maqnezium, fosfor, dəmir, mis, kobalt və s.), pektinlər, orqanik turşular, qidalı liflər, fruktoza, qlükoza var.
Ərik qurusu ürək üçün xüsusilə faydalıdır. Onun tərkibində ürəyin normal fəaliyyətini təmin edən 2 əsas mineral - kalium və maqnezium - var.
Kardioloqlar pasiyentlərinə hər gün 4-5 ərik qurusu yeməyi tövsiyə edirlər. Ərik qurusu qanın tərkibinə də çox müsbət təsir edir.
Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar hər gün ərik qurusu yeməlidir.
Ərik qurusu bağırsaqların normal fəaliyyəti üçün çox faydalıdır.