Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?

09.09.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Yay meyvələri olan ərik, şaftalı və gavalının qabığı həm faydalı, həm də diqqət tələb edən hissədir.

Milli.Az xəbər verir ki, meyvə qabığında antioksidantlar, vitaminlər və liflər daha çox olur. Bu maddələr orqanizmi qoruyur və həzm sisteminə fayda verir.

Lakin qabıqda pestisid qalıqları da qala bilər. Buna görə meyvələri yaxşı yumaq, mümkün olduqda isə orqanik məhsullara üstünlük vermək tövsiyə olunur.

Həssas həzm sistemi və allergiyası olan şəxslərdə isə meyvə qabığı narahatlıq yarada bilər. (Medicina.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью