Erik ten Haq İtaliya çempionatına keçə bilər

07.04.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq karyerasını İtaliyada davam etdirməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ten Haqın bazar günü “Roma” və “Yuventus”un qarşılaşdığı “Olimpiko” stadionuna gəlişi təsadüfi olmayıb.

Sükançı A Seriyasında işləmək variantları ilə maraqlanır və ona təklif gələrsə, belə bir fürsəti nəzərdən keçirməkdən məmnun olacaq.

Erik ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”i çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью