Erik ten Haq Roma ilə anlaşacaq?

07.04.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Mançester Yunayted"in sabiq çalışdırıcısı Erik ten Haq "Roma" – "Yuventus" matçını canlı izləyib. Sport24.az "La Gazzetta dello Sport"-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis gələcəyi ilə bağlı suallara cavab verməmək üçün onu tanıyan azarkeşlərlə danışmamağa üstünlük verib.

Qeyd edək ki, "Roma"nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Klub italiyalı mütəxəssisə xələf axtarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью